Boks

Bu asılılıqdır, mən də narkomanam: Taysondan etiraf

Ağır çəkidə WBC versiyası üzrə keçmiş dünya çempionu britaniyalı Tayson Fyuri (34-1-1, 24 KO) avqustun 12-də doğum günün qeyd edib.

Aut.az xəbər verir ki, Tayson 36-cı ad günündə aludəçiliklə bağlı etiraflar edib.

“Boks güclü narkotik və asılılıq kimidir. Bilirəm ki, bu asılılıqdır və mən də narkomanam. Boks asılılıqdır, məni ələ salır. İdman zalına gələndə bədənimi, ağlımı, ruhumu ələ salır. Amma bundan sonra hiss edirəm ki, o, məni ekstaz vəziyyətinə gətirir. Bu inanılmazdır. O, mənə ən yüksəkləri verir, həm də ən aşağıları. Boks hər hansı bir dərmandan daha çox asılılıq yaradır. Və siz ondan imtina edə bilməzsiniz”, – Fyuri deyir.

Bu il dekabrın 21-də Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş görüşü nəzərdə tutulub.

Aut.az