Boks

İki gözəlin döyüşü necə başa çatdı?

Mayın 26-na keçən gecə Hyustondakı “Energy Arena”da keçmiş UFC döyüşçüsü Peyc Vanzant və “Misfits Boxing” üzrə keçmiş çempion Elle Brukun rinqdə üz-üzə gəlib.

Aut.az xəbər verir ki, döyüş MFB çempionu titulu uğrunda orta çəkidə boks qaydalarına uyğun keçirilib və heç-heçə (48-46, 46-48, 47-47) başa çatıb.

Onu da əlavə edək ki, Bruk raundların birində rəqibini nokdauna salıb.

30 yaşlı Vanzant 2021-ci ilin yayından bəri döyüş idmanlarında iştirak etmir. O vaxtdan bəri Vanzant, “OnlyFans” modeli kimi uğurlu karyera qurub.

Bruk “OnlyFans”da pul qazanmağa keçməzdən əvvəl porno filmlərdə rol alıb.

Aut.az