Boks

Mayk Taysonun növbəti döyüşü harada və nə vaxt olacaq?

Amerikalı boksçular Mayk Tayson və Floyd Meyvezer Jr. arasında döyüş yazda Konqoda keçirilə bilər.

Aut.az xəbər verir ki, bu barədə “The Ring” məlumat yayıb.

Mənbəyə görə, döyüş 25 aprel tarixində baş tutacaq.

59 yaşlı Tayson karyerasında 50 qələbə (44 nokaut) və 7 məğlubiyyətə malikdir. 2024-cü ilin noyabrında Tayson bloqer Ceyk Pol ilə döyüş keçirib və 8 raunddan sonra hakimlərin yekdil qərarı ilə məğlub olmuşdu.

48 yaşlı Meyvezer Jr. isə 50 döyüşdə 50 qələbə qazanıb, bunlardan 27-si nokautla başa çatıb.

Aut.az