İtaliyaÇempionlar Liqası

“Yuventus”da ciddi itki: Əməliyyat olunacaq

“Yuventus” ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, müdafiəçisi Qleyson Bremer Çempionlar Liqası çərçivəsində “Leypsiq”ə 3:2 hesabı ilə qalib gəldikləri səfər oyununda zədələnib. O, 6-cı dəqiqədə əvəzlənib.

Braziliyalı müdafiəçi sol dizinin ön çarpaz bağından zədə alıb. O, yaxın günlərdə əməliyyat olunacaq. Bundan sonra hansı müddətə sıradan çıxdığı müəyyənləşəcək.

2022-ci ilin yayında “Yuventus” braziliyalı müdafiəçini 41 milyon avroya “Torino”dan alıb. Onun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, bu mövsüm 27 yaşlı futbolçu Turin təmsilçisinin heyətində müxtəlif yarışlarda 8 oyun keçirib.

Aut.az