“Qarabağ” “Malmö”yə uduzdu
Bu gün Avropa Liqasının Liqa mərhələsində 2-ci turunun oyunları keçirilib.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti oyununa çıxıb.
Ağdam klubu İsveçin “Malmö” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edib.
Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start vernişdi. Azərbaycan çempionu səfərdə İngiltərənin “Tottenhem” komandasına 0:3 hesabıyla uduzmuşdusa, “Malmö” doğma meydanda Şotlandiya “Reyncers”inə məğlub olmuçdu – 0:2.
Bu oyunda isə “Malmö” “Qarabağ” üzərində əzmkar qələbəyə sevinib.
Avropa Liqası: Əsas mərhələ, 2-ci tur
3 oktyabr
20:45. Qarabağ – Malmö 1:2
Qollar: Juninyo, 15 – Botheym, 19, 47.
Baş hakim: Anastasios Papapetru (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ”: 97.Fabian Buntiç, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 55. Bədavi Hüseynov, 20.Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Adday, 27. Toral Bayramov
“Malmö”: 27. Yohan Dahlin, 25. Qabriel Busanello, 19. Kolin Rösler, 18. Pontus Yansson, 17. Yens Striger, 16. Oliver Berq, 23. Lasee Berq Yonsen, 8. Serxio Pena, 10. Anders Kristiansen (k), 20. Erik Botheym, 9. İsak Kies Telin
Ehtiyyat oyunçular: 1. Fridrix, 30. Persson, 5. Rieks, 7. Rosengren, 13. Olsson, 14. Yörgensen, 22. Ali, 32. Qudyonsen, 34. Lukili, 35. Zetterström, 37. Skoqmar, 38. Bolin
