Avropa Liqası

Avroliqada insident: Bu komandaya texniki məğlubiyyət verilə bilər

Niderlandın “Utrext” klubu Fransanın “Lion” klubunun Avropa Liqasının ilk oyunundakı hərəkətləri ilə bağlı UEFA-ya şikayət edib.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Etiraz yarımmüdafiəçi Rəşad Qezzalın oyunda iştirakı ilə əsaslandırılıb. İddia olunur ki, onun meydana çıxmaq hüququ olmayıb.

65-ci dəqiqədə meydana daxil olan Rəşid matçda yeganə qolun müəllifi Tanner Tessmannın məhsuldar ötürməsini təmin edib. Bu ol “Lion”un qələbəsini təmin edibi, lakin nəticə indi ləğv edilə bilər. Məlum olub ki, futbolçu “Lion”un Avropa Liqasının rəsmi heyətinə daxil edilməyib, ona görə də onun matçda iştirakı turnir reqlamentini pozur.

UEFA artıq futbolçunu növbəti yarışlardan diskvalifikasiya edib və insidentlə bağlı araşdırmaya başlayıb. “Lion”un günahkar olduğu sübut olunarsa, komandaya texniki məğlubiyyət, “Utrext”ə isə qələbə verilə bilər.

Aut.az