Avropa Liqasında 1/4 final cütləri
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.
Aut.az xəbər verir ki, “Fənərbağça”nı mübarizədən kənarlaşdıran “Reyncers” bu mərhələdə iki oyunun nəricəsinə görə “Roma”dan üstün “Atletik”lə qarşılaşacaq. “Qarabağ”ın liqa mərhələsində məğlub etdiyi “Bodo-Qlimt” “Latsio”ya müqavimət göstərməyə çalışacaq.
“Mançester Yunayted” “Lion”la üz-üzə gələcək. Ağdam klubunun liqa mərhələsindəki başqa bir rəqibi “Tottenhem” isə “Ayntraxt”a rəqib olub.
Qeyd edək ki, 1/4 mərhələsinin görüşləri aprelin 10 və 17-də baş tutacaq.
Avropa Liqası: 1/4 final cütləri
Bodo-Qlimt – Latsio
Tottenhem – Ayntraxt Frankfurt
Reyncers – Atletik
Lion – Mançester Yunayted
