Bekhem fantastik qiymətə malikanə almağı planlaşdırır
İngiltərə milli komandasının keçmiş kapitanı və “İnter Mayami” klubunun həmsahibi Devid Bekhem və həyat yoldaşı Viktoriya Mayami-Biçdə 80 milyon dollara malikanə alırlar.
Aut.az xəbər verir ki, bu barədə “The Real Deal” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu dəbdəbəli sahil evində 9 vanna otağı, 4 şkaf, idman zalı, spa, ev kinoteatrı, hovuz, açıq mətbəx və böyük qonaq otağı var.
2020-ci ildən etibarən Bekhem ailəsi Mayami şəhərinin mərkəzində qüllənin bütün mərtəbəsini tutan mənzillərə də sahibdir. Onlar mülk üçün təxminən 20 milyon dollar ödəyiblər.
Aut.az
