Baş direktoru qovurlar
“Yuventus” baş direktoru Damien Komolli ilə tərəfdaşlığına son qoyacaq.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumatı verib.
Bildirilir ki, klubun rəsmi açıqlaması yaxın saatlarda gözlənilir.
Komolli 2025-ci ilin iyun ayında baş direktor vəzifəsini icra etməyə başlayıb və həmin ilin noyabr ayında baş direktor vəzifəsinə yüksəlib. Ona klub üçün yeni idarəetmə və idman modeli qurmaq tapşırılıb, lakin nəticələr qeyri-qənaətbəxş hesab edilib. Onun getməsinin əsas səbəbləri arasında “Yuventus”un 2025/26 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilməməsi, eləcə də uğursuz transfer kampaniyaları yer alır.
Turin klubuna qoşulmazdan əvvəl Komoli 2020-ci ildən 2025-ci ilə qədər Fransanın “Tuluza” klubunun prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi altında klub 2023-cü ildə Fransa Kubokunu qazanıb. Komoli ilə tərəfdaşlığına son qoyulduqdan sonra “Yuventus” yeni baş direktor axtarışına başlayacaq.
Aut.az
