“Latsio” yeni baş məşqçisini təqdim etdi
“Latsio”ya yeni baş məşqçi təyin olunub.
Aut.az xəbər verir ki, buna qədər “Verona”ya rəhbərlik edən Marko Baroni bundan sonra Roma klubunu çaışdıracaq.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, 60 yaşlı mütəxəssislə çoxillik müqavilə imzalanıb.
Ötən mövsümü Baroninin rəhbərliyi altında “Verona” A seriyasını 13-cü pillədə başa vurub.
“Latsio” 2023/24 mövsümünə martda İqor Tudorla əvəzlənən Mauritsio Sarri ilə başlayıb. İtaliya çempionatında romalılar 7-ci yeri tutub.
Aut.az
