İspaniya

Prezident onun “Qızıl top”u qazanacağına əmindir: Bu il də olmasa…

La Liqanın prezidenti Xavyer Tebas “Real Madrid”in vingeri Vinisius Juniorun “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.

“Vinisius oyun baxımından çox xüsusi futbolçudur. Mükafatı bu il qazanmasa, qalib gəlməyə bir addım qalmış olacaq. Bu il qalib gəlməsə, gələn il bunu edəcək.

Gəlin etiraf edək ki, Karvaxalın “Qızıl top”u qazanması Vinisiusdan daha çətindir. Mən uzun müddətdir ki, onun ulduz olduğunu deyirəm”, – deyə “Marca” Tebasın sözlərini sitat gətirib.

Vinisius 2024-cü ildə “Qızıl top”a namizədlər siyahısına daxil edilib.

Aut.az