Dünya futboluİspaniya

Vinisius “Qızıl top”u bu halda qazana bilər: Rivaldonun məsləhəti

Əfsanəvi braziliyalı futbolçu Rivaldo “Real Madrid”in vingeri Vinisius Juniorun “Qızıl top”u qazanmaq üçün nə etməli olduğu haqda danışıb.

2024-cü ildə Vinisius mükafat üçün səsvermədə ikinci olub.

“Keçən il olduğu kimi uğurlu bir mövsüm, “Real”da  çox yaxşı oyun, böyük titullar qazanmaq və eyni zamanda Braziliya millisi ilə mütləq uğur əldə etmək.

O, “Qızıl top”a layiq idi, biz hamımız onun üçün köklənmişdik, amma Rodri də heyrətamiz idi, həm klub titullarını, həm də Avropa çempionatını qazandı və o, bütün dünyada lider idi. Beləliklə, mənim fikrimcə, Vinisius klubla milli komanda arasında eyni tarazlığı tapmalıdır, mən də keçmişdə bu yolu keçmişəm”, – Rivaldo deyib.

Aut.az