“Barselona” fədəkarlıq edəcək: 75 milyonluq hücumçunu almaq üçün
“Barselona” “Sportinq”də çıxış edən isveçli hücumçu Viktor Gyökereşlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.
Mənbənin sözlərinə görə, maliyyə problemləri yaşayan “Barsa” onun transferi üçün fədəkarlıq etməyə hazırdır. Klub iki futbolçunu satacağı halda, 26 yaşlı forvardın transferini reallaşdıra biləcək.
Kataloniya təmsilçisi müdafiəçi Ronald Arauxo və hücumçu Ferran Torresi satmaqla maliyyə əldə etməyi planlaşdırır.
Qeyd edək ki, 2024/25 mövsümündə Qyökereş klub səviyyəsində 47 oyun keçirib, 48 qol vurub və 12 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Aut.az
