İngiltərə

Ronaldonun tənqidlərinə cavab verdi: Özü demişdi ki…

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştiano Ronaldonun tənqidlərinə cavab verib.

Aut.az xəbər verir ki, daha əvvəl “Əl-Nəsr”in forvardı niderlandlı mütəxəssisi ambisiyasızlıqda ittiham etmişdi.

“Ronaldo özü demişdi ki, “Mançester Yunayted” Premyer Liqanı qazana bilməyəcək. Müsahibəni diqqətlə oxusanız, məhz belə demişdi.

Bizim haqqımızda danışmağı məni maraqlandırmır. Mən hərəkət etdiyimiz istiqaməti bilirəm”, – deyə ten Haq “Manchester Evening News”a bildirib.

Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçunun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

Aut.az