İngiltərə

“Arsenal” qapıçısını autsayderə satdı

 “Sauthempton” tezliklə “Arsenal”ın ingilis qapıçısı Aaron Remsdeyl  ilə müqavilə imzalayacaq .

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, “müqəddəslər” 26 yaşlı futbolçu üçün bonuslar da daxil olmaqla 24-25 milyon funt-sterlinq ödəyəcək.

Futbolçunun yeni klubu ilə şəxsi müqaviləsinin müddəti açıqlanmayıb.

Aaron 2023/24 mövsümündə klub səviyyəsində 11 oyuna çıxıb, 12 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlaya bilib.

Aut.az