İngiltərə

“Yunayted” niyə ancaq “Ayaks”ın sabiq futbolçularını alır?

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq kluba gəldiyi gündən “qırmızı şeytanlar”ın niyə müntəzəm olaraq “Ayaks”ın keçmiş oyunçularını aldığı sualına cavab verib.

 Xatırladaq ki, 54 yaşlı mütəxəssis 2017-2022-ci illərdə Niderland  nəhənginə rəhbərlik edib.

Aut.az xəbər verir ki, ten Haq bu barədə ESPEN-ə danışıb.

“Əvvəla, bunlar klubun qərarlarıdır. Onların heç biri sadəcə mənim deyil. Qərarlar həmişə skautlar, işə götürənlər, idman direktoru, texniki direktor tərəfindən təhlil edilir.

Bu qərarlar bir nəfər tərəfindən verilmir. Bununla belə, bəzi futbolçular şəxsən mənə tanışdırlar. Bundan əlavə, bu transferlər klubun maliyyəsi ilə uyğun olmalıdır”, – ten Haq deyib.

Aut.az