İngiltərə

Dostu Ten Haqın durumundan danışdı: Məhv olub

Erik ten Haqın keçmiş komanda yoldaşı Hans Kraai niderlandlı mütəxəssisin “Mançester Yunayted”dən qovulması xəbərini necə qarşıladığını deyib.

Aut.az xəbər verir ki, o, bu barədə “Mirror”a danışıb:

“Mən başa düşürəm ki, o, çoxlu pul qazanıb və insanlar bunun problemlərin öhdəsindən gəlməyə kömək etdiyini düşünürlər. Amma yox, o, tamamilə məhv olub. Belə anlarda pul haqqında düşünmürsən. Bu sonra gəlir.

Mən də sabah ona zəng edib soruşmaq məcburiyyətində deyiləm: Hələ də dolana bilirsənmi, yenə də ərzaq ala bilirsənmi? Əlbəttə ki, yox, mən bunu etməyəcəyəm, amma Erikin indi başqa problemləri var”.

İngiltərə Premyer Liqasının 9-cu turunda “Vest Hem”ə (1:2) məğlubiyyətdən sonra Erik ten Haq “Mançester Yunayted”dən qovulub.

“Qırmızı şeytanlar” bu mövsüm 11 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir.

Aut.az