İngiltərə

MY öz rekordunu yenilədi

İngiltərə Premyer Liqasının 1-ci turunun matçında “Fulhem”i 1:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” Premyer Liqanın elə ilk oyunlarında qələbə sayına görə rekord seriyasını davam etdirib.

Aut.az xəbər verir ki, bu seriya 22 matça çatıb. Bu barədə “Football Insider” məlumat yayıb.

İkinci yerdə “Çelsi” qərarlaşıb. London klubu İngiltərə çempionatında mövsümün startında 20 dəfə qalib gəlib. İlk üçlüyü 18 qələbə ilə “Liverpul” qapayır.