“Siti” onun maaşını artırır
“Mançester Siti” 24 yaşlı cinah hücumçusu Jeremi Dokunun müqaviləsini uzatmağa yaxındır.
Aut.az xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, belçikalı futbolçu “şəhərlilər”lə yeni müqavilə imzalamağa bir addım uzaqdadır. Yeni anlaşmada onun maaşının artırılması da nəzərdə tutulur.
Mənbənin bildirdiyinə əsasən, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Dokunun hazırkı sözləşməsi isə 2028-ci ilin yayında başa çatır.
Jeremi Doku 2023-cü ilin avqustundan “Mançester Siti”nin formasını geyinir. O, başa çatan mövsümdə bütün turnirlərdə 47 oyunda meydana çıxıb. Belçikalı futbolçu bu görüşlərdə 8 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
