Bir ildir klub tapa bilmir, amma görün nə qədər məvacib istəyir
“Mançester Yunayted”in keçmiş qapıçısı, hazırda klubsuz olan David De Xea müqavilə bağlayacağı yeni komandada ildə 4,2-5 milyon funt sterlinq (4,9-5,9 milyon avro) pul qazanmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda 33 yaşlı qolkiperin müqavilə istəklərini yalnız Səudiyyə Ərəbistanı klubları təmin edə bilər, lakin belə olan halda da, De Xeadan maaş tələblərində müəyyən qədər azalma tələb oluna bilər. Artıq bəzi Səudiyyə klublarının ispan futbolçu ilə danışıqlar apardığı vurğulanır.
Daha əvvəl mətbuatda De Xeanın maliyyə anlaşmazlıqlarına görə “Cenoa” ilə razılığa gələ bilməməsi ilə bağlı məlumatlar yayılmışdı.
De Xeanın “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin iyulunda başa çatıb və o vaxtdan 33 yaşlı futbolçu azad agent statusundadır.
Aut.az
