Nasser Əl-Xəlaifi KDÇ haqda: Başa düşmürəm
PSJ-nin prezidenti Klublararası Dünya Çempionatı ilə bağlı tənqidləri başa düşmədiyini bildirib.
Aut.az xəbər verir ki, Nasser Əl-Xəlaifi bu barədə Fransa mətbuatına danışıb.
“Düzdür, belə bir turnir təşkil edəndə hər şey yaxşı getmir, amma ümumilikdə əladır, bu, futbol, brend, ümumilikdə klublar üçün yeni bazardır.
İnsanların bu turniri niyə tənqid etdiyini başa düşmürəm. Klublar və futbolçular indiyə qədər dünya çempionatında oynamayıblar, müsbət düşünməliyik. Futbolda çoxlu maliyyə problemləri var. Oyunçular, məşqçilər – hər kəs motivasiyalıdır”, – Nasser Əl-Xəlaifi deyib.
Aut.az
