Dünya futbolu

Prezident ona xəbərdarlıq etdi: Hər şey cərimə və üzr istəməklə bitəcək

“Sportinq”in prezidenti Frederiko Varandas komandanın hücumçusu Viktor Qyökeresin məzuniyyətdən sonra kluba qayıtmamasına reaksiya verib.

Aut.az xəbər verir ki, isveçli futbolçu London “Arsenal”ına transferini reallaşdırmağa çalışır, lakin Portuqaliya klubu onu 80 milyon avrodan aşağı qiymətə buraxmaq istəmir.

“Əgər bu strategiyanı hazırlayan “dahi” düşünürsə ki, bu hərəkət mənə təzyiq edir, nəinki tamamilə səhv edir, həm də oyunçunun getməsini daha da çətinləşdirir.

Kim olursa olsun, heç kim klubun maraqlarından üstün deyil. Əgər Viktor üçün ədalətli bazar dəyərini ödəmək istəmirlərsə, bu, növbəti üç il ərzində bizə sərf edir. .

Biz bütün bunlara sakit yanaşırıq. Bunun nəticəsi transfer bazarının sonunda böyük cərimə və klubdan üzr istəməklə bitəcək”.

Aut.az