“Liverpul” səfər formasını təqdim etdi – FOTO
“Liverpul” klubu 2024/2025 mövsümü üçün yeni səfər formasını təqdim edib.
Aut.az xəbər verir ki, “qırmızılar” səfər dəstinə müasir yanaşma göstərib. Formada qara və firuzəyi rəngdən istifadə olunub. Forma dəsti “Nike” brendi tərəfindən hazırlanıb.
“Liverpul” futbolçuları ilk dəfə bazar günü, avqustun 4-də “Mançester Yunayted”lə ABŞ-da keçiriləcək yoldaşlıq oyununda yeni səfər formasında çıxış edəcəklər.
Aut.az

