Serbiya prezidenti Parisdə kişilərin qadınlarla döyüşməsi haqda: Xəstəlik və dəlilikdir
Serbiya prezidenti Aleksandr Vuçiç Parisdə keçirilən Olimpiya Oyunlarında qadınların boks turnirinə kişilərin buraxılması ilə bağlı yaranmış vəziyyəti şərh edib.
Aut.az xəbər verir ki, avqustun 1-də Parisdə italiyalı Anjela Karini ilə cinsi testdən keçə bilməyən Əlcəzair təmsilçisi İman Xelif arasında keçirilən boks üzrə 1/8 final görüşü erkən başa çatıb. Döyüş cəmi 46 saniyə davam edib. Xelifin zərbələri o qədər güclü olub ki, Karini buna dözməyib döyüşdən çəkilib, sonra göz yaşlarına boğulub.
“Təsəvvür edin ki, kişilər gəlib qadınları döyüb medal alırlar. Bu, dünyaya hakim olmağa başlayan xəstəlik və dəlilik. Dəlilik dünyaya hakim olmağa başlayır və hamı dəli olur”, – Vuçiç mətbuat konfransında deyib.
Aut.az
