Kateqoriyasız

Olimpiada öncəsi seks qalmaqalı: Bayraqdarın çılpaq videoları yayıldı

2021-ci ildən ABŞ-da yaşayan, lakin yarışlarda Kipri ​​təmsil edən rusiyalı hündürlüyə tullanmaçı Yelena Kuliçenkonun “OnlyFans” hesabı olduğu aşkarlanıb.

Aut.az xəbər verir ki, “eReportaz” onlayn portalı “OnlyFans”da Kuliçenkonun çılpaq videoları və fotolarının yayımlandığını bildirib. Kipr Olimpiya Komitəsi həssas mövzudan xəbərdar olduğunu qeyd edib. Mənbəbin bildirdiyinə görə, idmançıdan hesabını bağlamaq istənilib, lakin o, bundan imtina edib.

Elena Kuliçenko vəkilləri vasitəsilə iddia edir ki, video onun deyil, süni intellektin məhsuludur. Buna baxmayaraq, idmançı məhsulu çıxarmaq üçün heç bir tədbir görməyib və Kipr polisi ilə əlaqə saxlamayıb.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 21 yaşlı idmançı Oyunlarda Kipr yığmasının bayraqdarı seçilib.

Aut.az