Qvardiola “Mançester Siti”dəki gələcəyi barədə danışdı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu sözləri deyib:
“Hazırkı mərhələdə hələ yekun qərar verməmişəm. Qərar verəndə kluba, sonra isə mətbuata məlumat verəcəm. Ona görə də heç bir xəbər yoxdur. Heç nə əlavə etməyə ehtiyac yoxdur. İndi diqqətimi yalnız növbəti oyuna yönəltmişəm”.
Qeyd edək ki, Pepin İngiltərə klubu ilə mövcud müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.
Aut.az
