Lotti ilə hansı klubumuz maraqlanır?
Meksikanın “Krus Asul” komandsında çıxış edən Auqusto Lottinin danışıq apardığı Azərbaycan klubunun adı açıqlanıb.
Aut.az xəbər verir ki, argentinalı hücumçu “Neftçi”nin maraq dairəsindədir. Bu barədə “am.com” məlumat yayıb.
27 yaşlı forvard “ağ-qaralar”la yanaşı, Yunanıstan “Volos”unun da diqqət mərkəzindədir.
Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsi 2026-cı ilin sonuna qədərdir.
