Dünya futbolu

Ardıcıl 22 mövsüm

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Kubokunda “Monastir”lə matçda (4:1) qol vurmaqla daha bir uğura imza atıb.

Aut.az xəbər verir ki, portuqaliyalı superulduz ardıcıl 22-ci mövsüm fərqlənib.

O, ümumilikdə 839 qol vurub ki, bunun da 716-sı klub karyerasının payına düşür.

Qeyd edək ki, Ronaldo həmin matçda başla fərqlənməklə bu göstəricidə də rekorda imza atıb.