Dünya futbolu

Ronaldo “qızılbaş” oldu

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo rəsmi matçlarda baş zərbəsi ilə vurduğu qollara görə rekorda imza atıb.

Aut.az xəbər verir ki, portuqaliyalı “Əl-Nəsr”in heyətində Ərəb Çempionlar Kubokunun qrup mərhələsinin oyununda “Monastir”in qapısına qol vurub. Ronaldo rəsmi matçda baş zərbəsi ilə 145-ci qoluna imza atıb.

Bu rekord hesab olunur. O, başı ilə 144 qol vuran almaniyalı hücumçu Herd Mülleri keçib. 3-cü yeri ispaniyalı Karlos Santillana (125) tutur.

Qeyd edək ki, sözügedən görüş “Əl-Nəsr”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.