La Liqada ayın ən yaxşı baş məşqçisi müəyyənləşdi
“Atletik”ə rəhbərlik edən Ernesto Valverde sentyabr ayı üzrə La Liqada ayın ən yaxşı məşqçisi mükafatını qazanıb.
Aut.az xəbər verir ki, bu barədə çempionatın sosial şəbəkələrində məlumat verilib.
O, nükafat uğrunda Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelotti (“Real Madrid”) də mübarizə aparıb.
Qeyd edək ki, ötən ay “Atletik” “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Klub turnir cədvəlinin “ilk altılığ”ındadır.
Aut.az
