“İnter Mayami”də ara qarışdı: Rəhbərliyin dostuna qarşı addımı Messini qəzəbləndirdi
Uruqvaylı hücumçu Luis Suares “İnter Mayami”dən ayrıla bilər.
Aut.az xəbər verir ki, bu barədə “Madrid-Barcelona” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi 38 yaşlı futbolçunun çıxışından narazıdır və onunla artıq bu yay yolları ayırmağa hazırdır.
Bildirilir ki, bu qərar “İnter Mayami”nin digər ulduzu, argentinalı hücumçu Lionel Messi tərəfindən mənfi qarşılanıb. Messi və Suares “Barselona”da birgə çıxış etdikləri illərdən bəri dostdurlar və uruqvaylının ayrılması halında Leo da radikal addımlar ata bilər. İddiaya görə, Messinin klubdan ayrılmağı düşünmə ehtimalı var.
2025-ci il mövsümündə Luis Suares klub səviyyəsində 20 oyunda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
