Kateqoriyasız

“Bayer”nin çempionluq şansı nə qədərdir? – Superkomputer açıqladı

İdman analitikası və statistikası şirkəti olan “Opta” 22-ci turdan sonra Bundesliqa komandalarının çempionluq şanslarını qiymətləndirən superkomputer hesabatının nəticəsini dərc edib.

Aut.az xəbər verir ki, “Bavariya”nın “Bohum”a uduzmasından (2:3) sonra “Bayer”in çempion olma ehtimalı 66%-dən 89%-ə yüksəlib. Məlumata görə, çempionluq uğrunda cəmi 2 komanda mübarizə aparır. “Bavariya” 84,2% ehtimalla ikinci, 4,2%-lik göstərici ilə isə üçüncü yeri tutacaq.

“Ştutqart” və Dortmund “Borussiya”sının üçüncü yeri tutmaq şansları təxminən bərabərdir – müvafiq olaraq 41,5% və 33,7%. “Darmştadt” isə 74,7% ehtimalla Bundesliqanı tərk edəcək"Bayer"nin çempionluq şansı nə qədərdir? - Superkomputer açıqladı.