İspaniya

La Liqa tarixində belə antirekord olmayıb

La Liqanın 25-ci turunun “Qranada” – “Almeriya” matçında qalib müəyyənləşməyib – 1:1.

Aut.az xəbər verir ki, qonaqlar bununla La Liqadakı qəbələsiz oyunlar seriyasını uzadıb. “Almeriya” çempionatda ümumilildə keçirdiyi son 28 matçın heç birində qalib gəlməyib: Komanda 10 heç-heçə edib və 18 dəfə məğlub olub.

Bu, elit İspaniya çempionatı tarixində qələbəsiz ən uzun matç seriyasıdır. Daha əvvəl rekord “Levante”yə məxsus olub. Valensiya təmsilçisi 2021-2022-ci illərdə 27 La Liqa oyununda qalib gələ bilməyib – 16 məğlubiyyət və 11 heç-heçə.

Qeyd edək ki, “Almeriya” La Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.