Argentina da DÇ-2026-ya vəsiqə qazandı
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliyanı məğlub edən (4:1) Argentina millisi turnirin final mərhələsinə vəsiqəni erkən təmin edib.
Aut.az xəbər verir ki, argentinalılar Cənubi Amerika zonası üzrə turnirdə 14 oyundan sonra 31 xalla liderdir. Komanda DÇ-2026-ya vəsiqə üçün pley-off şansı 7-ci yerdə olan olan Venesueladan 16 xal öndədir. Bunun sayəsində son dünya çempionları tarixlərinə 19-cu dəfə mundialda iştirak etmək imkanı qazanıblar.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı Kanada, ABŞ və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə turnirdə 48 komanda çıxış edəcək.
Aut.az
