İtaliya

Onun qovulması borc yığıb: Kimi satacaqlar?

“Yuventus” Tiaqo Mottanın istefası səbəbindən maliyyə çətinliyi ilə üzləşə bilər.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, Tiaqo Motta və heyətinin qovulması “Yuventus”a təxminən 15 milyon avroya başa gələcək. Üstəlik, məşqçi yeni klub tapmasa, “Yuventus” Mottanın 2027-ci ilə kimi nəzərdə tutulan müqaviləsinin sonuna qədər maaşını ödəməyə davam edəcək.

“Yuventus”un 2024/25 mövsümünü 32 milyon avrodan az itki ilə başa vurmağı hədəflədiyi bildirilir. Mövsümün ilk 6 ayında klubun mənfəəti təxminən 17 milyon avro təşkil edib və planı yerinə yetirmək üçün turinlilər iyunun sonuna kimi daha 30 milyon avro qazanmalıdır. Bunun üçün kluba bir neçə futbolçu satmaq lazım gələ bilər. “Exor” holdinqindən nağd inyeksiyaların köməyi ilə bunun qarşısını almaq olar, lakin hazırda bu variant çətin görünür.

Bazar günü Turin klubu Mottanın baş məşqçi postundan getdiyini açıqlayıb. Onun yerinə İqor Tudor keçib.

Aut.az