Dünya futbolu

Luçesku bu yığmanı çalışdıracaq?

79 yaşlı mütəxəssis Mirça Luçesku Rumıniya millisinin baş məşqçisi ola bilər.

Aut.az xəbər verir ki, “Fanatik”in mötəbər mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər razılıq əldə etməyə yaxındırlar.

Luçesku bundan əvvəl 1981-1986-cı illərdə Rumıniya millisinə rəhbərlik edib.

Luçeskunun son iş yeri Kiyev “Dinamo”su olub. O, əvvəllər “Zenit”, “Beşiktaş”, “Şaxtyor”, “Qalatasaray”, “İnter”, “Rapid” və Türkiyə millisini də çalışdırıb.

Aut.az