Dünya futbolu

“Qızıl top” onun olmalıdır: Deşam səbəbini də göstərdi

Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-nin hücumçusu Usman Dembelenin “Qızıl top” mükafatını nəyə görə qazanmağa layiq olması ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, “RMC Sport” Deşamın sözlərindən sitat gətirib:

“Dembele bütün meyarlara cavab verir. Usman bütün nailiyyətləri nəzərə alınmaqla buna layiqdir. O, bu mükafatı qazansa, çox şad olaram”.

Ötən mövsüm Dembele klub səviyyəsində bütün yarışlarda 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib. PSJ-nin tərkibində hücumçu Fransa çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub.

Aut.az