PSJ ondan əl çəkmir: 70 milyon və futbolçu verməyə hazırdır
PSJ “Benfika”nın yarımmüdafiəçisi Joao Neveşdən əl çəkmir.
Aut.az xəbər verir ki, Paris klubu 19 yaşlı futbolçu üçün 70 milyon avro ödəyəcək. Puldan əlavə, Lissabon klubu bu müqavilənin bir hissəsi kimi PSJ-nin ən azı bir neçə oyunçusunu da heyətinə qata bilər. Qeyd olunur ki, hazırda Paris klubunda çıxış edən Renato Sançesin doğma klubuna qayıtmaq ehtimalı yüksəkdir.
“Transfermarkt” Neveşin dəyərini 55 milyon avro olaraq qiymətləndirir. 2023/2024 mövsümündə o, Portuqaliya çempionatında 33 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
