Paris-2024-də bomba həyəcanı: Mətbuat mərkəzi boşaldıldı
Parisdə olimpiya mətbuat mərkəzi bomba təhlükəsi səbəbindən təxliyə edilib.
Aut.az xəbər verir ki, bu barədə Braziliyanın “Esportudo” portalı sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd olunur ki, iyulun 26-da səhər saatlarında Fransa və İsveçrə sərhədində yerləşən Bazel-Müluz hava limanı da analoji səbəbdən boşaldılıb. Bundan əlavə, iyulun 25-dən 26-na keçən gecə Fransa dəmir yolları “kütləvi hücuma” məruz qalıb.
Fransa hakimiyyəti hücuma sərt reaksiya verib. Nəqliyyat naziri Patris Verqrit “cinayət əməllərini” pisləyib. İdman naziri Amelie Oudea-Kastera hücumları “tamamilə dəhşətli” adlandırıb. Təhqiqata yaxın mənbə hücumun “təxribat” aktları ilə bağlı olduğunu bildirib.
Aut.az
