Dünya futbolu

FİFA yeni komitə yaratdı, görün kim sədr oldu

Bu yaxınlarda azarkeşlərin irqçi hücumunun qurbanı olan “Real”ın hücumçusu Vinisius Junior FİFA-nın irqçiliklə mübarizə üzrə yeni komitəsinin sədri olub.

Komitəyə əsasən irqçiliklə mübarizə üçün daha sərt tədbirlər təklif edəcək futbolçular daxil olacaq. FİFA prezidenti Canni İnfantino əmindir ki, irqçilik təzahür etdikdə, matçlar dayandırılmalıdır.

“Futbolda irqçilik olmamalıdır. Matçlar dayandırılmalıdır. Yetər. Mən Vinisiusdan irqçiliyə görə daha sərt cəzalar təklif edəcək bir qrup oyunçuya rəhbərlik etməsini xahiş etdim. Biz oyunçuları eşitməliyik”, –  İnfantino bildirib.

Aut.az