Sadıqov deyir ki, yaxşı futbolçular almışıq, indi qalır…
“Ximki”nin sərmayəçisi Tufan Sadıqov klubun qış transferi zamanı fəaliyyəti haqda danışıb.
Aut.az xəbər verir ki, o, yaxşı transferlər etdiklərini deyib və Rusiya çempionatının qalan hissəsi üçün perspektivlər haqda fikir bildirib:
“Alınan oyunçulardan kimin necə oynaması ilə bağlı şərh verə bilmərəm. Futbolçuların seçimini məşqçilər korpusu həyata keçirib.
Amma bütün oyunçular təcrübəlidir. İndiki heyət transfer pəncərəsindən əvvəlkindən daha yaxşıdır. İndi məşqçilər korpusu komandanın daha yaxşı oynaması üçün düzgün qərarlar verməlidir”.
“Ximki” 17 turdan sonra yalnız “Torpedo”nu qabaqlayaraq sonuncudan əvvəlki, 15-ci yerdədir.
Tufan Sadıqov azərbaycanlıdır. Məşhur azərbaycanlı Nazim Süleymanov “Ximki”nin əvəzedici komandasının baş məşqçisidir.
