Məşhur futbolçu karyerasını bitirdi
Məşhur braziliyalı yarımmüdafiəçi Rafinya Alkantara 32 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə futbolçu şəxsi “İnstaqram” səhifəsində məlumat verib.
Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.
Braziliyalı futbolçu “Barselona”nın yetirməsidir, karyerası ərzində həmçinin “Selta”, “İnter”, PSJ və “Real Sosyedad”da çıxış edib. O, 2015-ci ildə Braziliya millisinin heyətində 2 oyunda meydana çıxıb və 1 qol vurub. Yarımmüdafiəçi tez-tez yaşadığı zədələr səbəbindən potensialını tam göstərə bilməyib.
Rafinya 1994-cü il dünya çempionu Mazinyonun oğludur və “Barselona”, “Bayern” və “Liverpul”un sabiq futbolçusu Tyaqo Alkantaranın qardaşıdır.
Qeyd edək ki, Tyaqo da karyerasını başa vurub və bu ilin sentyabrında “Barselona”da Hans-Diter Flikin məşqçilər korpusunda çalışmağa başlayıb.
Aut.az

