Dünya futbolu

Sadıqov onu saxlayacaq? – İstəyirəm ki…

“Ximki”nin investoru, azərbaycanlı iş adamı Tufan Sadıqov elitaya vəsiqə qazandıqdan sonra komandanın baş məşqçisi Andrey Talalayevin gələcəyi ilə bağlı sualı cavablandırıb.

 “Ximki” aşağı liqaya düşəndən bir il sonra yenidən yüksək diviziona qayıdıb.

Aut.az xəbər verir ki, Sadıqov məqsədlərinin sabit komanda yaratmaq olduğunu bildirib.

“Talalaev qalırmı? Xüsusilə kadr siyasətində stabil klub olmaq istəyirik. Biz gənc oyunçuları cəlb etdik və mən istəyirəm ki, onlar “Ximki”də daha da irəliləsinlər və komandanı öz evləri hesab etsinlər, klubdan kluba tullanmasınlar.

Güclənmək? Mən transferlərlə məşğul olmuram, strategiyanı məşqçilər korpusu müəyyənləşdirir. Ancaq güclənməyə mütləq ehtiyac var. Yəqin ki, əcnəbi futbolçular da əlavə olunacaq”, – Sadıqov Sport24-ün müxbiri Andrey Babiçlə söhbətində bildirib.

Aut.az