Məhkəmə həbsdə olan futbolçunun vəsatətinə baxacaq
Amsterdam Apellyasiya Məhkəməsi dekabrın 23-də keçiriləcək iclasda müdafiə tərəfinin Moskvanın “Spartak” klubunun keçmiş futbolçusu Kvinsi Promesin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğvi və ya dayandırılması barədə vəsatətinə baxacaq.
Aut.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məhkəmənin sözçüsü Yetta Burleson bildirib ki, “Promesin məhkəməyəqədər həbsinin ləğvi və ya dayandırılması barədə vəsatət dekabrın 23-də keçiriləcək növbəti məhkəmə iclasında dinləniləcək”.
Hücumçu 2025-ci ilin iyununda Dubayda nəzarətə götürülüb. Tezliklə Niderlanda təhvil verilib və oraya icarəyə götürülmüş şəxsi təyyarə ilə aparıldığı bildirilir. Promes ümumilikdə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Amsterdam Rayon Məhkəməsi Promesi iki maddədə təqsirli bilib: əmisi oğluna bıçaqla hücum və narkotik qaçaqmalçılığı.
Aut.az
