“Qarabağ”ın rəqibi mövsümü üçüncü pillədə başa vurdu
“Qarabağ”ın Avropa Liqasında qrup mərhələsindəki rəqiblərindən olan “Hekken” İsveç çempionatında son oyununu keçirib.
Aut.az xəbər verir ki, adıçəkilən klub daxili çempionatdakı axırıncı görüşündə “Brommapoykarna” ilə üz-üzə gəlib.
“Qarabağ”ın rəqibi bu matçda 1:2 hesabı ilə uduzub.
“Hekken” mövsümü 57 xalla üçüncü pillədə başa vurub. Qeyd edək ki, “Qarabağ” – “Hekken” matçı dekabrın 14-də Bakıda keçiriləcək.
