Dünya futbolu

PSJ ona qiymət qoydu: 90 milyon avro

PSJ yarımmüdafiəçisi Xavi Simonsun transferi qiymətini 90 milyon avro olaraq müəyyən edib.

Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda niderlandlı futbolçunun xidmətində “Bavariya” və “Mançester Yunayted” maraqlıdır. Bununla belə, Münhen klubunun Simonsla müqavilə imzalamaq şansının böyük olduğu vurğulanır.

Ötən mövsüm 21 yaşlı yarımmüdafiəçi icarə əsasında “Leypsiq”də çıxış edib. O, bütün yarışlarda 43 matçda iştirak edib, 10 qol vurub, 15 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az