Dünya futbolu

Qvardiola Bekhemə “yox” dedi

“Mançester Siti”nin keçmiş baş məşqçisi Pep Qvardiola “İnter Mayami”nin həmsahibi Devid Bekhemin təklifini qəbul etməyib.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

55 yaşlı Qvardiola “İnter Mayami”nin baş məşqçi postuna Bekhemin əsas namizədi olub.

Amma bildirilir ki, kataloniyalı məşqçi karyerasına fasilə vermək və ailəsinə vaxt ayırmaq niyyətindədir. Qvardiola 2016-cı ilin yayından bəri “Mançester Siti”yə rəhbərlik edirdi.

Aut.az