Topu autdan oyuna belə daxil etdi: Möcüzə sayəsində sağ qaldı – VİDEO
İranın Pro Liqasında “İstiqlal” – “Malavan” matçında bütün dünyada azarkeşləri şoka salan insident baş verib.
Aut.az xəbər verir ki, “İstiqlal”ın oyunçularından biri topu autdan oyuna daxil etmək istəyərkən “katapult” atışı həyata keçirmək qərarına gəlib. Bu, topu cərimə meydançasına çatdırmaq üçün tez-tez istifadə edilən bu fənddir.
Lakin bu dəfə cəhd uğursuz başa çatıb: futbolçu müvazinətini itirib və düz başı üstə yıxılıb. O, boynundan ağır zədə almaqdan möcüzə sayəsində qurtulub. Xoşbəxtlikdən hər şey yaxşı olub, həkimlər tez kömək göstəriblər və ciddi xəsarət olmayıb.
Futbolçunun özü daha sonra yerli mətbuata bildirib ki, “katapult”dan daha az istifadə edəcək, lakin ondan tamamilə imtina etmək fikri yoxdur.
Aut.az
