Dünya futbolu

Mövsümdə 4-cü dəfə zədələndi

“Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou növbəti dəfə zədələnib.

Aut.az xəbər verir ki, o, yaxın bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə “GiveMeSport” məlumat yayıb.

Futbolçunun əzələsindən zədə aldığı məlum olsa da, dəqiq informasiya yoxdur. Şounun təxminən iki həftə buraxacağı gözlənilir.

Xatırladaq ki, bunun ingilis futbolçu cari mövsümdə dördcüncü dəfə zədələnib.

Aut.az