Türkiyəİngiltərə

Mourinyo istədi, “Fənərbağça” “Liverpul”un ulduzu ilə danışıqlara başladı

“Liverpul”un və Uruqvay millisinin 25 yaşlı hücumçusu Darvin Nunyes “Fənərbağça”ya keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo klubda əksər mövqeləri gücləndirməkdə maraqlı olsa da, yüksək səviyyəli forvard almaq istəyi önə çıxır. Artıq “Fənərbağça”nın Darvin Nunesin transferi ilə bağlı “Liverpul”la danışıqlara başladığı bildirilir.

Xatırladaq ki, 2023/2024 mövsümündə hücumçu bütün turnirlərdə 54 matçda iştirak edib, 18 qol vurub, və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Aut.az